Azərbaycan ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir RƏSMİ

SİYASƏT

15 Noyabr 2020 15:46

Oxunma sayi: 849
Azərbaycan ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir   RƏSMİ

“Mən tam məsuliyyətlə deyirəm ki, bəyanata əsasən, Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılan insanların çıxarılması ilə paralel olaraq Azərbaycan ordusunun hissələri və qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir”.

 

Azmedia.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, Kəlbəcərə bitişik olan ərazilər minalardan təmizlənib:

“Azərbaycan ordusu bu missiyanı bu gün yerinə yetirməyə hazırdır. Postlara hərəkət Göygöl və Daşkəsən istiqamətindən həyata keçiriləcək. Artıq əhalinin tərketmə prosesi baş tutur.

Azərbaycan Müdafiə Nazirliyi yüksək texnologiyaya malikdir. Heç bir təxribata yol verilmir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!