Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur RƏSMİ

SİYASƏT

26 Oktyabr 2020 19:03

Oxunma sayi: 794
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur   RƏSMİ

“Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır”.

 

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!