Azərbaycan Prezidenti: “Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək“

SİYASƏT

23 Noyabr 2020 18:47

Oxunma sayi: 907
Azərbaycan Prezidenti:     “Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək“

"Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar".

 

Azmedia.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilən Ağdam şəhərinə səfəri zamanı deyib. 

Prezident bildirib ki, düşmən evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə edib: "Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!