Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölən könüllüsünün kimliyi bilindi ÖZƏL

SİYASƏT

29 Oktyabr 2020 19:00

Oxunma sayi: 877
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölən könüllüsünün kimliyi bilindi   ÖZƏL

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölən könüllüsünün kimliyi məlum olub.

 

Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadənin Oxu.Az-a verdiyi məlumata görə, bu, 1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğludur.

Qeyd edək ki, Məhərrəm Mustafayev iki uşaq atası idi.

Həmçinin, Fatimə Babişeva və Ülviyyə Hacıyeva adlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki könüllüsü də yaralanıb.

Hər üç şəxs Bərdə sakini olub və dünən Bərdəyə atılan raket atışı zamanı erməni terrorunun qurbanı olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!