Azərbaycan və Rusiya XİN rəhbərləri 10 noyabr sazişini müzakirə ediblər

SİYASƏT

15 Noyabr 2020 18:04

Oxunma sayi: 865
Azərbaycan və Rusiya XİN rəhbərləri 10 noyabr sazişini müzakirə ediblər

Cari ilin 15 noyabr tarixində Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!