Azərbaycan XİN dən Avstriyadakı terrorla bağlı paylaşım

SİYASƏT

03 Noyabr 2020 11:30

Oxunma sayi: 700
Azərbaycan XİN   dən Avstriyadakı terrorla bağlı paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi Avstriyadakı terrorda dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında paylaşım edilib:

“Vyanada baş verən dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə ürəkdən başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkə olaraq terrorun bütün formalarını və təzahürlərini pisləyir”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!