Azərbaycanda baş məşqçi hakimi döydü - VİDEO

İDMAN

28 Mart 2024 23:11

Oxunma sayi: 438
Azərbaycanda baş məşqçi hakimi döydü -  VİDEO

Sosial şəbəkələrdə Azərbaycan futbolunda baş məşqçinin hakimi döyməsi və onu təhqir etməsi ilə bağlı video yayımlanıb.

Azmedia.Az Publika.az-a istinadla xəbər verir ki, kiçik araşdırmamızdan sonra hadisənin AFFA U-13 Liqasında baş verdiyi məlum olub. "Azəri" komandasının baş məşqçisi Elşən Əliyev "Turan Tovuz"la matçda referiyə qarşı nalayiq hərəkətlər edib. Onun bu davranışı cəzasız qalmayıb. Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə bir il müddətinə qadağa qoyulub. Bu barədə federasiyanın İntizam Komitəsi qərar qəbul edib.

Görüş yarımçıq dayandırıldığı üçün "Azəri"yə 0:3 hesablı texniki məğlubiyyət də verilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!