Azərbaycanlı uşaqlar yorğun, soyuqda ayaqyalın valideynlərinin arxasınca gedirdilər VİDEO

SİYASƏT

14 Noyabr 2020 20:15

Oxunma sayi: 693
Azərbaycanlı uşaqlar yorğun, soyuqda ayaqyalın valideynlərinin arxasınca gedirdilər   VİDEO

Sabahadək Ermənistan silahlı qüvvələrini işğaldan azad edilmiş Kəlbəcərdən çıxarmalıdır. Ancaq hərbçilərlə birlikdə Ermənistandan ora qanunsuz köçən mülki şəxslər də Azərbaycanın gözəl bölgəsini tərk edirlər. Evlərindən necə çıxdıqlarını biz sosial şəbəkələrdə və mediada çoxsaylı videolarda görə bilərik.


Azmedia.Az xəbər verir ki, ermənilər mümkün olan hər şeyi, hətta tualet və taxtaları özləri ilə aparırlar. Vaxtilə azərbaycanlılara məxsus olan və həqiqi sahiblərinə vermək istəmədikləri evlər ermənilər tərəfindən alçaqcasına yandırılır.


Tamamilə fərqli bir mənzərə 1993-cü ildə, azərbaycanlıların Kəlbəcərdə evlərini tərk etdikləri zaman idi. Onların əmlak barədə düşünməyə vaxtları olmadı. Ayaqqabılarını geyinməyə belə vaxtları yox idi. Azərbaycanlılar canlarını qurtarıb yüzlərlə kilometrə qədər ayaqyalın qaçdılar.


İşğalçılar tərəfindən təqib olunan mülki şəxslərin çəkdikləri məşəqqətlərin kiçik bir hissəsinə aşağıdakı videoda baxın.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!