Bakıda xəstəxana yaxınlığında güclü yanğın başladı - FOTO

ÖLKƏ

08 Oktyabr 2024 21:10

Oxunma sayi: 360
Bakıda xəstəxana yaxınlığında güclü yanğın başladı -  FOTO

Bakıda güclü yanğın başlayıb.

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, yanğın Xətai rayonunun Ramiz Quliyev küçəsində təkər tullantıları toplanmış qarajda qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri davam edir. 

Qeyd edək ki, yanğının qeydə alındığı qarajın yaxınlığında Respublika Neyrocərrahiyyə Xəstəxanası, yanacaqdoldurma məntəqəsi və yaşayış binası var.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!