“Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır” - Paşinyan

SİYASƏT

08 Oktyabr 2024 19:52

Oxunma sayi: 293
“Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır” -  Paşinyan

"Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır".

Azmedia.Az sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.

"İndiki mərhələdə biz ölkələrimiz arasında sülhün möhkəm təməlinə çevrilə biləcək bir sıra fundamental məsələlər üzrə qərar qəbul etməliyik. Bu, bir-birimizin ərazi bütövlüyünün tanınması, bir-birinə qarşı ərazi iddiaları və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, güc tətbiq etməmək və bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlər qurmaq və sülh müqaviləsi tərəflərinin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün ikitərəfli mexanizmlərin yaradılması məsələsidir", - Paşinyan bildirib.

Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatı açıqlamayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!