Nur şəhəri qaranlığa qərq oldu...

ÖLKƏ

08 Oktyabr 2024 21:37

Oxunma sayi: 568
Nur şəhəri qaranlığa qərq oldu...

Mingəçevirdə elektrik təsərrüfatında qəza yaranıb, bir sıra ərazilər qaranlığa qərq olub.

Azmedia.Az-ın əldə etdiyi məlumata görə, qəzaya səbəb, yüksək gərginlikli xəttlərdən birinin üzərinə ağacın düşməsidir. 

Hadisə nəticəsində Günəşli yaşayış massivi, şəhərin Xaldan şossesindən əsas giriş istiqaməti və bəzi digər ərazilər işıqların sönməsi nəticəsində qaranlığa qərq olub, qeyd olunan ərazilərdə internet kəsilib.

Hazırda ərazidə  qəza bərpa işləri aparılır.

 

Ehtiram Muradov

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!