Putinlə Paşinyan arasında razılıq əldə olundu - Yanvarın 1-dən sərhəddə...

SİYASƏT

08 Oktyabr 2024 20:00

Oxunma sayi: 725
Putinlə Paşinyan arasında razılıq əldə olundu -  Yanvarın 1-dən sərhəddə...

2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaqlar. Onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcəklər.

Azmedia.Az xəbər verir ki, belə bir razılıq bu gün Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə bildirib.

Eyni zamanda, tərəflər razılaşıblar ki, gələn il yanvarın 1-dən Ermənistan sərhədçiləri də Rusiya sərhədçiləri ilə yanaşı, Türkiyə, eləcə də İranla sərhədi qoruyacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!