BBC: Ermənilər Laçını kütləvi şəkildə tərk edir FOTO

SİYASƏT

18 Noyabr 2020 12:02

Oxunma sayi: 635
BBC:     Ermənilər Laçını kütləvi şəkildə tərk edir   FOTO

Laçın - Ermənistanla Dağlıq Qarabağ arasındakı əsas yolun keçdiyi Azərbaycan şəhəridir. İkinci Qarabağ müharibəsinin sona çatmasına dair razılaşma şərtlərinə görə, Laçın rayonu dekabrın 1-dən Azərbaycanın nəzarətinə keçəcək, yalnız 5 km enində koridor Rusiya sülhməramlılarının nəzarəti altında qalır.

 

Artıq erməni sakinlər şəhəri tərk edirlər.

Bu barədə BBC-nin Laçından hazırladığı reportajda bildirilir.

“Müharibə zamanı on minlərlə insan bölgəni tərk edib”, - deyə məqalədə əlavə edilib.

Məqalədə hətta şəhər “meri” Narek Aleksanyanın atasının qaçdığı da bildirilir. Kadrlarda onun əşyalarının maşına yığılması əks olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!