Bərdə terrorunda ölən FHN işçisinin adı bilindi

SİYASƏT

29 Oktyabr 2020 19:25

Oxunma sayi: 948
Bərdə terrorunda ölən FHN işçisinin adı bilindi

Bərdə terroru zamanı ölən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşının kimliyi bəlli olub.

 

Nazirlikdən  verilən məlumata görə, bu, 1991-ci il təvəllüdlü Rəşad Şəfiyev Vaqif oğludur.

Həmçinin, 1999-cu il təvəllüdlü Aydın Əliyev Firudin oğlu yaralanıb. Hər iki şəxs dünən Bərdəyə atılan raket atışı zamanı mülki əhali üçün xidməti vəzifəsini yerinə yetirirdi.

Qeyd edək ki, yaralanan Aydın Əliyevin vəziyyəti normaldır və həyatı üçün təhlükə yoxdur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!