Bərdədə həlak olan yeddi yaşlı Aysu dəfn olunub YENİLƏNİB + FOTO

SİYASƏT

28 Oktyabr 2020 12:45

Oxunma sayi: 820
Bərdədə həlak olan yeddi yaşlı Aysu dəfn olunub   YENİLƏNİB + FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan yeddi yaşlı Aysu İsgəndərova dəfn edilib.

 

Bu barədə Report xəbər yayıb.

O, yaşadığı Qarayusifli kənd qəbiristanlığında yaxınlarının yanında torpağa tapşırılıb.

 

11:21

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan yeddi yaşlı Aysu İsgəndərova dəfn edilir.

Bu barədə Report məlumat yayıb.

Dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

A.İsgəndərova yaşadığı Qarayusifli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, oktyabrın 27-də saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə, rayonun Qarayusifli kəndində dörd mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!