Bu ölkədə təhsil alanların diplomları TANINMAYACAQ - Abituriyentlərin DİQQƏTİNƏ!

ÖLKƏ

09 Aprel 2024 12:23

Oxunma sayi: 650
Bu ölkədə təhsil alanların diplomları TANINMAYACAQ -  Abituriyentlərin DİQQƏTİNƏ!

"Ukraynada təhsil almağı məsləhət görmürük".

Azmedia.Az xəbər verir ki, bunu TKTA-nın departament direktoru Aysel Kərimli deyib.

O bildirib ki, bəzi abituriyentlər Ukraynadakı müharibə vəziyyətindən sui-istifadə edir:

"Biz sadəcə Ukraynada müharibə başlayanda sonuncu kursda təhsil alan tələbələrə güzəşt etdik. Lakin indi Ukraynada təhsil almağı tövsiyə etmirik. Çünki abituriyentlər qəbul olur, 1 il sonra Azərbaycana transfer olmaq istəyir. Bu da problem yaradır. Hansı tarixdən etibarən Ukraynada təhsil alanların diplomlarının tanınmayacağını yaxın vaxtlarda elan edəcəyik".//sfera

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!