Çavuşoğludan Azərbaycana Bayraq Günü təbriki: “Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”

SİYASƏT

09 Noyabr 2020 10:30

Oxunma sayi: 817
Çavuşoğludan Azərbaycana Bayraq Günü təbriki:     “Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”

Türkiyənin Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu Azərbaycanı Bayraq Günü münasibəti ilə təbrik edib.

 

Türkiyəli nazir dövlətimizə təbrikini “Twitter” hesabından ünvanlayıb:

“Qardaş Azərbaycanın Dövlət Bayraq Günü mübarək olsun! Qəhrəman ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”.

O, paylaşımına hər iki qardaş dövlətin bayraqlarını əlavə edib və Azərbaycan XİN başçısı Ceyhun Bayramovu işarələyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!