Ceyhun Bayramov Flippo Qrandini təbrik etdi: “Birgə fəaliyyətimizi səbirsizliklə gözləyirəm” FOTO

SİYASƏT

25 Noyabr 2020 10:00

Oxunma sayi: 636
Ceyhun Bayramov Flippo Qrandini təbrik etdi:     “Birgə fəaliyyətimizi səbirsizliklə gözləyirəm”   FOTO

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Flippo Qrandini yenidən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) seçilməsi münasibəti ilə təbrik edib.

Bu barədə C.Bayramov “Twitter” hesabında yazıb.

“Azərbaycanın məcburi köçkünlərinin azad edilmiş bütün ərazilərə qaytarılması üçün birgə fəaliyyətimizi səbirsizliklə gözləyirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Baş Məclis F.Qrandini 30 iyun 2023-cü il tarixinədək yenidən UNHCR-in Qaçqınlar üzrə Ali Komissarı seçib.

 

 

 

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!