Ceyhun Bayramov İran Prezidenti ilə görüşüb YENİLƏNİB

SİYASƏT

09 Dekabr 2020 18:38

Oxunma sayi: 991
Ceyhun Bayramov İran Prezidenti ilə görüşüb   YENİLƏNİB

Bu gün İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü keçirilib.

 

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə isti salamlarını və xoş arzularını çatdırıb. Prezident Həsən Ruhani Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını məmnunluqla qeyd edib. İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulanıb.

İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Qonşu və dost ölkələrimizin həyata keçirməyə çalışdığı beynəlxalq əhəmiyyətli iqtisadi layihə olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun inşasının sürətləndirilməsinin zəruriliyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səmimi salamlarını İran İslam Respublikasının Prezidentinin diqqətinə çatdırıb. Nazir dost və qonşu İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın ərazilərinin işğaldan azad olunması və sərhədin bərpa olunmasının ölkələrimiz arasında əməkdaşlıq layihələri üçün yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan və İran arasındakı sərhəd dostluq və iqtisadi inkişaf sərhədi adlandırılıb.

******

 

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Azmedia.az-ın məlumatına görə, görüşdə Azərbaycan və İran arasında münasibətlərin daha da inkişaf etdirilməsi haqda müzakirələr aparılıb. 

İrana səfəri çərçivəsində C.Bayramov bu gün Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə də görüşəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!