Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı FOTO/VİDEO

SİYASƏT

23 Noyabr 2020 17:45

Oxunma sayi: 1100
Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı   FOTO/VİDEO

Rusiya Federasiyası Silahlı Qüvvələrinin istehkamçıları Dağlıq Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasına daxil olan ərazinin minalardan təmizlənməsinə başlayıb.

 

“RİA Novosti” bununla bağlı kadrlayı yayımlayıb.

Qeyd edək ki, bundan əvvəl RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssislərinin bölgədəki sülhməramlı əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün Dağlıq Qarabağa gəldikləri bildirilmişdi.

Həmçinin, o da vurğulanmışdı ki, mütəxəssislər təyinat yerinə çatdıqdan sonra partlayıcı obyektlərin mühəndis kəşfiyyatı, minalardan təmizlənməsi və məhv edilməsi üçün tapşırıqları yerinə yetirməyə başlayacaqlar.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!