Yevlaxda dəmir yolu keçidi bağlandı, yüzlərlə sürücü tıxacda qaldı - FOTO/VİDEO

ÖLKƏ

28 Mart 2024 13:40

Oxunma sayi: 435
Yevlaxda dəmir yolu keçidi bağlandı, yüzlərlə sürücü tıxacda qaldı -  FOTO/VİDEO

Yevlaxın Qarxun kəndi yaxınlığından keçən dəmir yolu xəttinin üzərindəki avtomobil keçidi bağlanıb. 

Bu barədə Azmedia.Az-a tıxacda qalan sürücülər məlumat verib. 

Bildirilir ki, avtomobil keçidi 1 saatdan çoxdur bağlıdır. Amma keçid bağlı olduğu müddətdə dəmiryolundan bir qatar belə keçməyib. 

İşə, dərsə və digər ünvana yetişmək istəyənlər keçiddə gözləmək məcburiyyətində qalıblar. 

Keçidin niyə bağlandığı məlum deyil. 

Qeyd edək ki, yolda qalanlarla dəmiryolu işçiləri arasında mübahisə yaşanıb.

 

Ehtiram Muradov

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!