Deputat: “Hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır”

SİYASƏT

06 Noyabr 2020 12:45

Oxunma sayi: 699
Deputat:     “Hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır”

“Polisin, xüsusilə hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır”.

 

Azmedia.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

O bildirib ki, qardaş Türkiyədə hərbçi pensiyaya çıxandan, yaxud işindən ayrılandan sonra xəstəxanadan pulsuz istifadə edir:

“Bizdə də belə olmalıdır. Hələ ki, bizdə icbari tibbi sığorta tətbiq edilmir. Daxili İşlər Nazirliyində bu məsələ öz həllini tapıb. İşindən ayrılan işçilər də Daxili İşlər Nazirliyinin hospitalından istifadə edə bilir. Hərbçilər üçün də belə olmalıdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!