DİM 7 apreldə keçirilmiş buraxılış imtahanı ilə bağlı MÜHÜM MƏLUMAT YAYDI

ÖLKƏ

08 Aprel 2024 17:32

Oxunma sayi: 353
DİM 7 apreldə keçirilmiş buraxılış imtahanı ilə bağlı  MÜHÜM MƏLUMAT YAYDI

2024-cü il aprelin 7-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Azmedia.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə, düzgün cavablarla https://dim.gov.az/news/13058/ linkində tanış ola bilərsiniz.

Qeyd edilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!