Doğum gününə şəhadətini hədiyyə edən baş leytenantımız FOTO

SİYASƏT

07 Dekabr 2020 12:57

Oxunma sayi: 1063
Doğum gününə şəhadətini hədiyyə edən baş leytenantımız   FOTO

Azərbaycan Ordusu düşmənlə apardığı 44 günlük haqq savaşından qalib ayrılıb. Bu tarixi qələbə Azərbaycanın igid, vətənpərvər, torpağımızın hər qarışı üçün canını qurban verməyə hazır olan oğullarımızın sayəsində əldə edilib.

 

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də baş leytenant Abbasov Ağaqardaş İlham oğludur.

Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün çalışıb. O, 28 sentyabr tarixində snayper gülləsinə tuş gələrək, şəhid olub.

Məlumat üçün bildirək ki, Abbasov Ağaqardaş 1992-ci il 28 sentyabrda Zərdab rayonunun Hüseynxanlı kəndində doğulub.

Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə ali təhsil alsa da, hərbiyə olan marağı baş leytenantın hərbçi olmasına səbəb olmuşdu.

Qeyd edək ki, 5 il övlad həsrəti çəkən şəhidimiz bir neçə ay sonra ata olmağa hazırlaşırdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!