Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb FOTO

SİYASƏT

01 Noyabr 2020 13:00

Oxunma sayi: 764
Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb   FOTO

İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

Oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!