Dünyanın ən qədim yaşayış məskəni də erməni işğalından azad edildi FOTO

SİYASƏT

09 Noyabr 2020 18:11

Oxunma sayi: 876
Dünyanın ən qədim yaşayış məskəni də erməni işğalından azad edildi   FOTO

Bu gün Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı “Twitter” hesabında paylaşım edib. 

 

İşğaldan azad edilən kəndlərindən biri də Azərbaycanın, eləcə də, dünyanın ən qədim yaşayış məntəqələrindən biri olan Xocavənd rayonunun Azıx kəndidir.

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov da Azıx kəndində yerləşən Azıx mağarası ilə bağlı “Twitter” hesabında paylaşım edib.

“Azıx Mağarası 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən akarlanıb və dünyanın ən qədim insan məskəndir. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Onlar 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, qanunsuz qazıntılar aparıblar. Hazırda Azıx mağarası azad edildi”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!