Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır RƏSMİ

SİYASƏT

28 Oktyabr 2020 18:33

Oxunma sayi: 914
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır   RƏSMİ

“Ermənistan tərəfdən işğal altında olan ərazilərdə yerləşən muzeylərə aid olan əlyazmalar və digər nümunələr dağıdılıb, yandırılıb. Hətta qarət edilərək bazarda da satılıb”.

 

Azmedia.az  xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Biz bəzilərini tapa bilmişik. İmkan olan kimi mədəni irsə aid olan nümunələrin qaytarılması üçün hüquqi məsuliyyət məsələsini qaldıracağıq.

Bəzi hərraclarda işğal altında olan torpaqlara aid olmayan, amma Azərbaycana məxsus olan mədəni irs nümunələri var.

Biz onları vətənimizə qaytarmağa çalışacağıq. Muzeylər açılandan sonra onlar ictimaiyyətə təqdim olunacaq”, - deyə A.Kərimov qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!