Düşmən təxribatları nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb FOTO

SİYASƏT

24 Oktyabr 2020 19:05

Oxunma sayi: 825
Düşmən təxribatları nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb   FOTO

Ermənistan təxribatları nəticəsində Azərbaycanın həyatını itirən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

 

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, sentyabrın 27-dən bu günə qədər Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər isə yaralanıb.

Həmçinin, düşmənin hərbi təxribatları nəticəsində 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb.

Eyni zamanda, 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub.

Hadisə zamanı 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!