Düşmənə sarsıdıcı zərbə: Çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edildi

SİYASƏT

31 Oktyabr 2020 17:05

Oxunma sayi: 688
Düşmənə sarsıdıcı zərbə:     Çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edildi

Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

 

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin üç ədəd tankı, bir ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan üç topu, o cümlədən, xeyli sayda canlı qüvvəsi məhv edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!