Düşmənin atasız qoyduğu uşaqlar... VİDEO

SİYASƏT

23 Oktyabr 2020 21:17

Oxunma sayi: 687
Düşmənin atasız qoyduğu uşaqlar...   VİDEO

"CNN Türk" telekanalı Gəncə terrorundan əziyyət çəkən Əsgərovlar ailəsindən reportaj hazırlayıb.

 

Azmedia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, süjetdə Sarı və Elcanın atası, 40 yaşlı Bəxtiyar Əsgərovun raket hücumu nəticəsində həlak olduğu qeyd olunub.

 

Uşaqların anası, 28 yaşlı Türkanə Əsgərova isə kədərindən danışa bilməyib.

 

Azyaşlıların nənəsi Ziba xanım bildirib ki, Gəncəyə ard-arda hücum olduğuna görə Bəxtiyar Əsgərov uşaqları kəndə apararaq "Mən evimdə ölüm, amma sizə heç nə olmasın", - deyib.

 

Ziba xanım "Uşaqların evini alaram, tikərəm. Amma atalarını geri qaytara bilmərəm", - deyə vurğulayıb.

 

Qeyd edək ki, 17 oktyabr gecəsi B. Əsgərovla birlikdə daha 4 ailə üzvü - atası Suliddin Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və böyük bacısının qızı Nigar Əsgərova həlak olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!