Düşmənin atdığı “Smerç” Tərtərdə kəndi susuz qoydu FOTO

SİYASƏT

27 Oktyabr 2020 12:25

Oxunma sayi: 730
Düşmənin atdığı “Smerç” Tərtərdə kəndi susuz qoydu   FOTO

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini “Smerç”lə atəşə tutub.

 

Azmedia.az   report-a istinaden xəbər verir ki, düşmən tərəfindən atılan “Smerç” raketi şəhərin mərkəzi küçələrində yerləşən evlərin birinə düşüb.

Nəticədə evə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Dünən saat 18:15-də düşmən tərəfindən atılan növbəti “Smerç” zərbəsi rayonun Buruc kəndinin ərazisinə düşüb.

Xoşbəxtlikdən həmin vaxt ərazidə heç kəs olmayıb.

Lakin kəndin su xətti sıradan çıxıb.

Hazırda əraziyə Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları cəlb edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!