Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina etdi MN

SİYASƏT

20 Oktyabr 2020 09:45

Oxunma sayi: 614
Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina etdi   MN

Ermənistan silahlı qüvvələrinin muzdlulardan ibarət "Legion" dəstəsi döyüşməkdən imtina edib.

 

Müdafiə Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, düşmənin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət "Legion" dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib.

 

Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!