Eduard Vartanyan: “Cəbrayılda erməni general təcili tibbi yardım maşınına minib qaçdı” VİDEO

SİYASƏT

15 Noyabr 2020 12:18

Oxunma sayi: 869
Eduard Vartanyan:     “Cəbrayılda erməni general təcili tibbi yardım maşınına minib qaçdı”   VİDEO

“Cəbrayılda Ermənistan ordusunun bütün müdafiə xətləri məhv edildi. 80 erməni əsgərdən 40 nəfər qalmışdı”.

 

Azmedia.az-ın məlumatına görə, bunu erməni MMA döyüşçüsü Eduard Vartanyan deyib.

“Cəbrayılda olan erməni general təcili tibbi yardım maşınını saxladı, içindəki əsgərləri düşürüb, özü mindi”, - deyə Eduard Vartanyan bildirib.

Onun sözlərinə görə, Azərbaycanın pilotsuz uçuş aparatları mülki maşınları, obyektləri vurmurdu, buna görə də erməni general təcili tibbi yardım maşınına minib və ərazidən qaçıb.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!