“Əllərində dəsmal ağlayan rus şərhçiləri heç demirlər ki, müharibə Azərbaycan ərazisində gedir“

SİYASƏT

19 Oktyabr 2020 21:00

Oxunma sayi: 608
“Əllərində dəsmal ağlayan rus şərhçiləri heç demirlər ki, müharibə Azərbaycan ərazisində gedir“

"Gəncədə yaşayış məntəqəsinin vurulması Ermənistanın 30 il ərzində Azərbaycana qarşı yeritdiyi məkrli, işğalçı, terrorçu siyasətinin nümunəsidir ki, indi də davam edir".  

 

Azmedia.Az xəbər verir ki , bunu Milli.Az-a açıqlamasında tarix elmləri doktoru, professor Qabil Əliyev deyib.

 

O bildirib ki, Azərbaycan hakimiyyəti dinc yolla, qan tökülmədən bu məsələnin həll edilməsi üçün bu zamana kimi bütün səylərini göstərdi:

 

"Ermənilərin dünyada diasporalarının güclü olması, xristian olmaları dünya mediasında xeyli üstünlüyə malik olmaqlarına gətirib çıxarır və bundan da öz mənfur kampaniyalarını, çirkin təbliğatlarını aparmaq üçün istifadə edirlər. 1994-cü ildə atəşkəs elan edildikdən bu zamana kimi Minsk Qrupu Azərbaycana gələndə ərazi bütövlüyündən, Ermənistanda xalqların öz müqəddəratını təyin etmək hüququndan bəhs etdi. Beləcə, status-kvo bərpa olunsun, saxlanılsın, atəşkəs rejimi pozulmasın, pozulanda da dərhal bəyanatlar verirdilər ki, bu məsələ dinc yolla həll olunmalıdır. Ancaq real bir çözüm də, çıxış yolu da göstərmirdilər. Yalnız onu qeyd edirdilər ki, hər iki tərəfin razılaşdığı formulla biz də razıyıq. Ancaq hər iki tərəf necə razılığa gəlsin?! Ermənistan işğal edib, Qərbə, havadarlarına arxayanlanaraq deyir, işğal etdiyim ərazini vermirəm. Azərbaycanda təbii ki, işğal olunmuş ərazilərindən, öz ərazi bütövlüyü kimi ən vacib prinsipdən vaz keçə bilməz. Deməli, bunlar bir araya gəlib razılaşa bilmirlər və BMT-nin Təhlükəsizlik Şurasında məlum qətnamələri var ki, işğalçı qüvvələr Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılsın. Bu qətnamələri də ermənilərə nə o zaman, nə də bu gün əllərində dəsmal ağlayan rus şərhçiləri dilə gətirmirlər ki, müharibə Azərbaycan ərazisində gedir. Beləcə, BMT TŞ-nın qətnamələrini nə BMT, nə TŞ-nın 5 daimi üzvü, nə də Avropa İttifaqının nəzdində Qarabağ münaqişəsini nizama salmaq üçün mandat verilən Minsk Qrupu Ermənistana icra etdirə bildi. Bu problem illərlə uzanıb gedirdi. Azərbaycan hakimiyyəti də dinc yolla, qan tökülmədən bu məsələnin həll edilməsi üçün bütün səylərini göstərdi və nəticə olmadı".  

 

Q.Əliyev onu da qeyd edib ki, Qərbin Ermənistana açıq dəstəkdən çəkinməsinin səbəbi dövlət başçımızın böyük uğurudur:

 

"Gəncədə gecə saatlarında məsum insanların, körpələrin üzərinə ballistik raketi atan dövləti Avropadan, qərb dünyasından kimsə qınayıb?! Qınamayaıblar, heç qınamaq fikirləri də yoxdur. Şuşadakı kilsəyə nə düşübdür, necə düşübdür, damı niyə deşilibdir, damı deşilibsə pəncərəsinin şüşələri niyə yerində qalıb?! Bax, daha çox bu təxribata oxşayan bir məsələ ilə bağlı bütün o ölkələr, təşkilatlar şüvən qoparırlar. Bu, həmin o ikili yanaşmanın göstəricisidir ki, biz bu gündə elə hallarla qarşılaşırıq. Amma şükür ki, Azərbaycan Prezidenti dünyanın aparıcı kanallarına, informasiya agentliklərinə çox doğru, dürüst məlumatları çatdırır, onlar da istər-iztəməz bunları yayımlamaq məcburiyyətində qalırlar və Azərbaycan həqiqətləri 30 il əvvəldə olduğu kimi deyil. İndi artıq dünyaya çatdırılır. Qərbin də elə Ermənistana açıq dəstəkdən çəkinməsinin səbəbi dövlət başçımızın böyük uğurudur". 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!