Ərdoğan Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanunu imzaladı

SİYASƏT

18 Noyabr 2020 09:00

Oxunma sayi: 611
Ərdoğan Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanunu imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanunu imzalayıb.


Trend bu barədə "Resmi gazete"yə istinadən məlumat verir.


Məlumatda qeyd olunur: "Azərbaycan ordusu ərazi bütövlüyünün təmin edilməsi istiqamətində böyük uğur əldə edib. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata görə, Rusiya və Türkiyə arasında atəşkəsin monitorinq mərkəzinin yaradılması qərara alınıb. Türkiyə hər zaman Azəbaycanın yanında olub və bundan sonra da olmağa davam edəcək. Türkiyənin Azərbaycana verdiyi dəstək Azərbaycanın suverenliyinin qorunması üçün beynəlxalq hüquqa əsaslanır".


Layihə parlamentin dünən keçirilən iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.


Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!