Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub

SİYASƏT

26 Oktyabr 2020 10:53

Oxunma sayi: 617
Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub

Ermənistan silahlı qüvvələrinin komandirlərinin işğal olunmuş Xankəndidə iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, ötən gün Dağlıq Qarabağda separatçı rejimin hərbçiləri uşaq bağçasında iclas keçirib.

 

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Məlum olub ki, həmin bağça Xankəndi şəhərində yerləşən 3 saylı uşaq bağçası olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!