Erməni politoloq: “Azərbaycanlı hərbçilər çox rahat şəkildə Xankəndidə gəzib dolaşırlar”

SİYASƏT

04 Dekabr 2020 16:17

Oxunma sayi: 944
Erməni politoloq:     “Azərbaycanlı hərbçilər çox rahat şəkildə Xankəndidə gəzib   dolaşırlar”

“Azərbaycan hərbçiləri Dağlıq Qarabağda rahatlıqla gəzib-dolaşırlar”.

 

Bu barədə Dağlıq Qarabağda erməni “Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan “Facebook” səhifəsində yazıb:

“Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndidə dolaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər. Özlərini evlərindəki kimi hiss edirlər.

Doğrudur, bunlar Rusiya sülhməramlıların müşayiəti ilə baş verir. Amma bu, mahiyyəti dəyişmir”.

O, bütün baş verənlərdə Ermənistan Baş naziri Nikol Paşinyanı günahlandırıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!