Ermənilər 69 mülki şəxsi öldürüb, 322 nəfəri yaralayıb

SİYASƏT

28 Oktyabr 2020 12:15

Oxunma sayi: 614
Ermənilər 69 mülki şəxsi öldürüb, 322 nəfəri yaralayıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Azmedia.Az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb.

 

Bundan başqa, 415 mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2338 yaşayış evi yararsız hala düşüb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!