Ermənilər azərbaycanlı gənci öldürüb, meşədə asdılar FOTO

SİYASƏT

13 Noyabr 2020 16:30

Oxunma sayi: 667
Ermənilər azərbaycanlı gənci öldürüb, meşədə asdılar   FOTO

Polşada azərbaycanlı Müşfiq İsmayılov ermənilər tərəfindən qətlə yetirilib.

 

Azmedia.az xəbər verir ki, cinayətkarlar hadisəni törədəndən sonra meyiti meşəyə apararaq asıblar.

Meyit bir neçə gün meşədə qalıb. Daha sonra yerli sakinlər tərəfindən aşkarlanıb. Dərhal yerli polisə xəbər verilib. Cəsəd çıxarılıb və morqa göndərilib.

Müşfiq İsmayılovun nəşi hələ ki qohumlarına təhvil verilməyib.

Yaxınlarının sözlərinə görə, M.İsmayılov avtoqəzada valideynlərini itirib. O, çox savadlı və vətənpərvər insan olub.

Polşada tək yaşayırmış.

İlkin versiyaya görə, ermənilər Müşfiqi Azərbaycana dəstək mitinqinə qatılanda izləyiblər və ondan intiqam almağa qərar verdikdən sonra dəhşətli qətli törədiblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!