Ermənilər Kəlbəcərdən çıxarkən daşınması mümkün olan hər şeyi aparıblar VİDEO

SİYASƏT

15 Noyabr 2020 12:44

Oxunma sayi: 850
Ermənilər Kəlbəcərdən çıxarkən daşınması mümkün olan hər şeyi aparıblar   VİDEO

Saat 22:00 radələrində və daha sonra yüzlərlə avtomobil hələ də Kəlbəcərin yaşayış məntəqələrindən çıxıb.

 

“Sputnik Ermənistan”ın müxbirləri Kəlbəcər və İrəvan-Xankəndi magistral yolunun kəsişməsində (Vardenis yolu ilə) görüntüləri lentə alıblar.

Qeyd edilir ki, Kəlbəcərdə olan sakinlərə saat 00:00-dan əvvəl ərazini tərk etmələri barədə xəbərdarlıq edilib.

Onlar aparılması mümkün olan hər şeyi - mebel, tikinti materialları, heyvanlar, avtomobillər və başqa şeyləri aparıblar.

Qarabağla əlaqəli bağlanan üçtərəfli müqaviləyə görə, Kəlbəcər rayonu Azərbaycana təhvil verilməli olan rayonlardan birincisidir.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!