Ermənilər Tərtərə top mərmiləri atdı, evlər dağıldı FOTO

SİYASƏT

26 Oktyabr 2020 16:05

Oxunma sayi: 703
Ermənilər Tərtərə top mərmiləri atdı, evlər dağıldı   FOTO

Ermənistan silahlı qüvvələri yenə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

 

Azmedia.az  xəbər verir ki, səhər saatlarından başlayaraq düşmən rayonun Qazyan kəndinə top mərmiləri ataraq dinc sakinləri hədəfə alıb. Nəticədə kənd sakinləri - Yasin Cəfərov və Fənər Balakişiyevanın evlərinə mərmilər düşüb və külli miqdarda ziyan dəyib.

Məlumata görə, sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Qazyan kəndi ərazisinə ümumilikdə 500-dən artıq top mərmisi düşüb. Nəticədə 5 ev tamamilə dağılıb, 120-dən çox evə ziyan dəyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!