Ermənilərin atəşi nəticəsində 2 243 yaşayış evi yararsız vəziyyətə qalıb

SİYASƏT

26 Oktyabr 2020 14:05

Oxunma sayi: 715
Ermənilərin atəşi nəticəsində 2 243 yaşayış evi yararsız vəziyyətə qalıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

 

Qurumun Mətbuat xidmətindən  Azmedia.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 402, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 243-dür.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!