Ermənilərin sponsorluq etdiyi amerikalı jurnalist Kəlbəcərdə “fake” süjetlər çəkdi VİDEO

SİYASƏT

27 Noyabr 2020 19:01

Oxunma sayi: 2027
Ermənilərin sponsorluq etdiyi amerikalı jurnalist Kəlbəcərdə “fake” süjetlər çəkdi   VİDEO

Erməni diasporunun sponsorluq etdiyi amerikalı jurnalist Patrik Lankaster Qarabağ və ətraf rayonlarda çəkdiyi təxribatyönümlü süjetlərlə qərəzli mövqeyini ortaya qoyur. 

 

Baku TV xəbər verir ki, Kəlbəcərdə qədim Xudavəng Alban monastırında olan Lankaster ermənilərin burada son dini mərasimi keçirmələrini lentə alıb.

Jurnalist süjetdə məlumatları təhrif edərək, albanlara aid olan monastırı erməni kilsəsi kimi təqdim edib. 

Ermənilərin bu kimi ucuz yalanlarını artıq dünya ictimaiyyəti qəbul etmir, “fake” tarixin əsassız olduğunu söyləməkdən çəkinmir.

Rusiyalı politoloq Tatyana Poloskova Baku TV-yə məsələ ilə bağlı müsahibə verərkən, alban kilsəsini mənimsəməyə cəhd edən erməniləri vəhşi adlandırıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!