Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu RƏSMİ

SİYASƏT

05 Noyabr 2020 09:55

Oxunma sayi: 682
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu   RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

 

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!