Ermənistan hərbi sənaye komitəsinin sədri tutduğu vəzifədən azad edilib

SİYASƏT

16 Noyabr 2020 16:51

Oxunma sayi: 837
Ermənistan hərbi sənaye komitəsinin sədri tutduğu vəzifədən azad edilib

Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi sənaye komitəsinin sədri Artak Davtyan tutduğu vəzifədən azad edilib.

 

Azmedia.az  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sərəncam imzalayıb.

Artak Davtyan əvvəllər Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub. O koronavirusa görə ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq oğluna toy etdiyi üçün bu vəzifədən azad edilmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!