Ermənistan öz muzdlularını və terrorçularını Azərbaycanın adına çıxır

SİYASƏT

06 Noyabr 2020 21:00

Oxunma sayi: 616
Ermənistan öz muzdlularını və terrorçularını Azərbaycanın adına çıxır

Dağlıq Qarabağda Azərbaycan tərəfindən döyüşdüyü iddia edilən “Yaxın Şərq muzdluları” mövzusunda erməni və ermənipərəst media mənbələrinin apardığı kampaniya fonunda getdikcə daha çox Orta Şərq mənşəli erməni diasporu nümayəndələrinin bu münaqişədə kütləvi iştirakını təsdiqləyən xəbərlər ortaya çıxır.

 

“Ermənistanın Azərbaycanı xarici muzdlulardan istifadə etməkdə günahlandırmaq cəhdləri əsassızdır”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Milli Müdafiə” jurnalına verdiyi müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin bir sıra Yaxın Şərq ölkələrindən qanunsuz silahlı birləşmələrin münaqişə bölgəsinə gətirilməsi ilə bağlı narahatlığını şərh edərkən deyib.  Əksinə Ermənistan tərəfi  hələ 1990-cı illərin əvvəllərində ərazilərimizin işğalı zamanı xarici dövlətlərdən, o cümlədən Yaxın Şərq ölkələrindən olan silahlılardan, terrorçulardan və muzdlulardan fəal şəkildə istifadə edib.

 

Bu yaxınlarda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev də bu mövzuda açıqlama verib.   O Azərbaycanın dövlət orqanlarında Suriyadan gətirilən terrorçular da daxil olmaqla muzdluların Ermənistanın silahlı birləşmələrinın sıralarında döyüşdüyünə dair təkzibolunmaz dəlillərin olduğunu bildirib.

 

Ermənistan ordusu tərəfindən vuruşan silahlılar Dağlıq Qarabağıdakı erməni əhalisinin “qurtuluşu”  üçün “ürəyinin səsi” ilə mübarizəyə qalxmış könüllülərdir. Bunu isə  oktyabrın 1-də Ermənistan prezidenti Armen Sarkisyan Al Jazeera telekanalına verdiyi müsahibəsində  deyib. Bununla da Ermənistan prezidenti əslində erməni mənşəli əcnəbilərin erməni silahlı birləşmələri sıralarında Azərbaycana qarşı döyüşdüyünü etiraf edib.

 

Yaxın Şərq mənşəli erməni muzdlularının erməni ideoloqlarının sayəsində Türkiyəyə və türklərə qarşı nifrət ruhunda, “Böyük Ermənistan” mifi ilə yetişdirildiyi şübhəsizdir. Amma onların aralarında çox sayda terrorçunun və ümumiyyətlə pul qarşılığında döyüşən muzdlular olduğuna dair dəlillər var.

 

Erməni "könüllüləri"in maddi maraq qarşılığında döyüşdüyünü Ermənistan Silahlı Qüvvələri sıralarına qoşulan Livan ermənisinin Reuters-də dərc olunan   hekayəsi də sübut edir. Agentliyin reportajında həmin şəxsin yay aylarında Yaxın Şərqi bürümüş maliyyə böhranı nəticəsində Livandan Ermənistana köçmək məcburiyyətində qaldığı vurğulanır.

Agentlik, erməni icmasının üzvlərinə istinad edərək bildirir ki, erməni əsilli livanlılar hələ hərbi əməliyyatlar başlamazdan bir neçə ay əvvəl Beyrutdan İrəvana gəliblər. Məqalədə həmçinin bildirilir ki,  Livanın iqtisadi çöküşünün ardından avqust ayında Beyrut limanında təxminən 200 nəfərin ölümü ilə nəticələnən dəhşətli partlayışdan sonra bu köç daha da artıb.

 

Döyüşçülərə pul ödənilməsi faktı bu yaxınlarda Dağlıq Qarabağdakı separatçı “rejim” rəhbərliyi tərəfindən də açıq şəkildə təsdiqləndi.  Bildirildi ki, könüllülərə və ehtiyatda olanlara maaş, habelə maaşlarının yüzdə 50-si məbləğində mükafat veriləcək.

 

Qeyd olunanlarla yanaşı Rybar teleqram kanalında  Livandan gələn gələn şəxsin ASALA  terror təşkilatının üzvü kimi təqdim etdiyinə dair də video  yayılmışdı.

 

Xatırladaq ki, ASALA dünyanın bir çox ölkəsinin gizli xidmətlərinin yekdilliklə radikal qruplaşma kimi xarakterizə etdiyi terror təşkilatıdır. Bu qrupun ayağında onlarla sifarişli qətl, sui-qəsd cəhdləri və terror hücumları var.  

 

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2013-cü ilin dekabrında üzərindən məxfiliyi götürdüyü erməni terror qrupları ilə əlaqəli 1984-cü il hesabatında   ASALA   ABŞ-ın  siyasi maraqları üçün təhlükə kimi qeyd edilib. Ümumilikdə ABŞ kəşfiyyatına görə ASALA və müttəfiqi JCAG-ın terror fəaliyyəti nəticəsində 1975-ci ildən bəri 50 Türkuyə rəsmisini  öldürüb, 200-dən çox partlayış törədilib.

 

Yaxın Şərqdən  gətirilən muzdluların Ermənistan tərəfindən döyüşdüyü başqa bir telegram kanalında da əksini tapıb. Burada PKK/YPG  qruplaşmasından olan terrorçuların Ermənistan tərəfində döyüşmək üçün Qarabağa gəldikləri bildirilir.

 

Aydındır ki, Ermənistan tərəfi muzdluların və terrorçuların  başqa bir dövlətin ərazisində döyüş əməliyyatlarına cəlb olunması faktları ilə manipulyasiya edərək öz qanunsuz hərəkətlərini Azərbaycanın adına yazmağa çalışır. Məqsəd beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanı ləkələmək, döyüş bölgəsindəki vəziyyəti təhrif etmək, baş verənləri “Dağlıq Qarabağın dinc əhalisinə” qarşı “təcavüz” kimi təqdim etmək, paralel olaraq münaqişə ilə bağlı dinlərarası münaqişə görüntüsü yaratmaqdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!