Ermənistana məxsus daha üç PUA məhv edildi RƏSMİ

SİYASƏT

21 Oktyabr 2020 16:44

Oxunma sayi: 810
Ermənistana məxsus daha üç PUA məhv edildi   RƏSMİ

Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha üç taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

 

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-dan ikisi cəbhənin Füzuli istiqamətində, bir isə Tərtər istiqamətində vurulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!