Ermənistanı Rusiyaya birləşdirən yeganə quru yol bağlandı

SİYASƏT

15 Noyabr 2020 14:00

Oxunma sayi: 920
Ermənistanı Rusiyaya birləşdirən yeganə quru yol bağlandı

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu olan Stepantsminda-Lars magistral yolu yalnız yük maşınları üçün açıqdır.

 

Ermənistan Fövqəladə Hallar Nazirliyinin Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinə və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Böhran İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, bu, fövqəladə vəziyyətlə əlaqədardır.

“Ermənistan Xarici İşlər Nazirliyindən alınan məlumata görə, əcnəbilərin Gürcüstana girişinə qadağa qoyulması qərarı qüvvədə qalır.

Qadağa yük daşınmasına şamil edilmir”, - deyə qeyd olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!