Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib RƏSMİ

SİYASƏT

30 Oktyabr 2020 16:05

Oxunma sayi: 977
Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib   RƏSMİ

“Düşmən tərəfindən Azərbaycan hərbçilərinə qarşı törədilən cinayətlərlə bağlı Hərbi Prokurorluqda dörd cinayət işi aparılır”.

 

Azmedia.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib:

“Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və bizdə olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyənləşdirilir”, - o qeyd edib.

K.Əliyevin sözlərinə görə, əldə olunan sübutlara əsasən, Azərbaycandan əsir düşən şəxslərə qarşı çox amansız davranılır:

“Bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərildiyi aşkarlanıb. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!