Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi FOTO

SİYASƏT

06 Dekabr 2020 11:12

Oxunma sayi: 1444
Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi   FOTO

II Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib.

 

Bunu Axar.az-a açıqlamasında Aminin yaxın qohumu Çinarə Əliyeva deyib. O bildirib ki, məktubu ailəyə Beynəlxalq Qırmızı Xaç Komitəsi təqdim edib:

“Qırmızı Xaç Komitəsi məktub istəmişdi. Ailə də yazıb göndərdi. Dünən isə məktubumuza cavab aldıq. Məktub Aminin öz xətti ilə yazılıb”.

Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!